Blinken və Yermak Kiyevə hərbi yardımı müzakirə ediblər
Far.Az xəbər saytı

Blinken və Yermak Kiyevə hərbi yardımı müzakirə ediblər


ABŞ Dövlət katibi Antoni Blinken və Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofis rəhbəri Andriy Yermak çərşənbə axşamı Vaşinqtonda keçirilmiş görüşdə Kiyevə hərbi yardım və gələcəkdə Ukrayna ilə bağlı konfransların keçirilməsini müzakirə ediblər.

“Far.Az” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında qurumun mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilib.

“Onlar hərbi və iqtisadi yardımı və Ukraynanın gələcək diplomatik tədbirlərini, o cümlədən Ukraynanın “sülh düsturu”nu dəstəkləyən konfransları dəstəkləmək üçün göstərilən diplomatik səyləri müzakirə ediblər”, – o qeyd edib.

Sənəddən məlum olub ki, Blinken “Ukraynanın suverenliyinə dəstəyini” və həmçinin “BMT Nizamnaməsi əsasında möhkəm sülhə” dəstəyini təsdiqləyib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
İqtisadi inkişafda davamlı artan rəqabətli iqtisadiyyatın rolu - ANALİZ
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər