Far.Az xəbər saytı
Far.Az xəbər saytı
CNN: Oman Hörmüz boğazında gəmiçiliyin iki sahəyə bölünməsini təklif edib
Oman Maskatda keçirilən danışıqlar zamanı İrana Hörmüz boğazında gəmiçiliyin iki sahəyə bölünməsini təklif edib.
"Report" xəbər verir ki, bu barədə CNN telekanalı mənbəyə istinadən məlumat yayıb.
"Oman sularından keçən cənub marşrutu üzrə gəmilərin sərbəst hərəkəti təmin ediləcək. İran sularından keçən şimal marşrutu isə Tehranın əvvəlcədən razılığı əsasında fəaliyyət göstərəcək, lakin tranzit rüsumu tutulmayacaq", - məlumatda bildirilir.
Bildirilib ki, təklif hələ müzakirə mərhələsindədir.
Daha əvvəl "Axios" portalı mənbələrə istinadən xəbər verib ki, Tehran və Maskat Hörmüz boğazının mərkəzi hissəsində gəmiçilik marşrutunun tam açılması imkanını müzakirə ediblər.
Oxşar xəbərlər
Leyla Əliyeva Maskatda Oman Milli Muzeyində və Mutrah bazarında olub
Leyla Əliyeva Maskatda Omanın Kiçik və Orta Müəssisələrin İnkişafı Qurumunun sədri ilə görüşüb
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













