Parisdə daha bir turistik məkan kəskin istilərə görə iş rejimini dəyişdi
Fransanın paytaxtı Parisdə anomal istilər səbəbindən Eyfel qülləsinin həftəsonu iş saatları əhəmiyyətli dərəcədə azaldılacaq.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə abidənin mətbuat xidməti məlumat yayıb.
"Proqnozlaşdırılan yüksək temperaturla əlaqədar Eyfel qülləsi iş rejimini dəyişir. İyulun 11-i şənbə və iyulun 12-si bazar günləri qüllə istisna hal kimi saat 16:00-da bağlanacaq", - deyə abidənin rəsmi saytında bildirilib.
Adətən qüllə yerli vaxtla saat 01:00-dək (Bakı vaxtı ilə saat 03:00) turistləri qəbul edir.
Oxşar tədbirlər dünyaşöhrətli Luvr muzeyi və Ejen Delakrua muzeyində də tətbiq olunub. Bundan əlavə, Parisin digər məşhur mədəniyyət ocaqlarından olan Orse muzeyinin rəhbərliyi də iş rejiminin müvəqqəti dəyişdirildiyini elan edib.
Mütəxəssislər bildirirlər ki, bu məhdudiyyətlər günün ən isti saatlarında çoxsaylı turistlərin və xidmət personalının sağlamlığının qorunması məqsədilə tətbiq edilir.
Oxşar xəbərlər
Bakıda Zəfər muzeyinin açılışı olub
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar
Azərbaycanlı müğənninin oğlunun əsərləri "Luvr" muzeyində sərgiləndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













