Pentaqon UNO-lar barədə arxiv materiallarının dördüncü paketini açıqlayıb
Far.Az xəbər saytı

Pentaqon UNO-lar barədə arxiv materiallarının dördüncü paketini açıqlayıb


ABŞ Müdafiə Nazirliyi (Pentaqon) naməlum uçan obyektlərlə (UNO) bağlı arxiv materiallarının dördüncü paketini dərc edib.

"Report" xəbər verir ki, bu barədə məlumat Pentaqonun rəsmi saytında yerləşdirilib.

Bildirilib ki, əvvəllər məxfi saxlanılan materialların ictimaiyyətə açıqlanması layihəsində əvvəlki üç paketdə olduğu kimi Ağ Ev, Pentaqon, ABŞ Milli Kəşfiyyat Direktorunun Ofisi, Energetika Nazirliyi, Federal Təhqiqat Bürosu (FTB), NASA və digər qurumlar iştirak edir.

Pentaqon əlavə arxiv materiallarının mərhələli şəkildə dərcinin davam etdiriləcəyini də açıqlayıb.

Xatırladaq ki, UNO-larla bağlı arxiv materiallarının ilk paketi mayın 8-də dərc olunub. Mayın 22-də yayımlanan ikinci paketə 2022-ci il mayın 1-də İraq üzərində qeydə alınmış naməlum uçan obyektin videogörüntüləri daxil edilib. Görüntülərdə, ehtimal ki, Su-27 və ya Su-35 qırıcısının əks olunduğu bildirilib.

Arxiv materiallarının üçüncü paketi isə iyunun 12-də ictimaiyyətə təqdim olunub.

Oxşar xəbərlər

Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Dərnəgüldə yanan obyektin malları daşınır
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər