İlham Əliyev: ABŞ ilə İran arasındakı münaqişəyə tezliklə son qoyulmasına ümid edirəm
Azərbaycan ABŞ ilə İran arasındakı münaqişəyə tezliklə son qoyulmasına ümid edir.
"Far.Az" xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan demək olar müharibənin mərkəzindədir:
"Hazırda bizim həm şimalımızda, həm də cənubumuzda olan qonşu ölkələrin hər ikisi müharibə şəraitindədir. Bu da bizim ölkəmizin qorunması baxımından narahatlıq doğurur. Eyni zamanda əlimizdən gələni edirik ki, regionda sülh olsun, bu münaqişəyə, qan tökülməsinə son qoyulsun. Xüsusən də, bu məsələdə Pakistanı, dostum Şahbaz Şərifi qeyd etmək istəyirəm. Onlar vasitəçilik baxımından ABŞ və İran arasında böyük iş görüblər. Təəssüf ki, bu, çox çəkmədi. Ancaq yenə də, ümid edirəm ki, hazırkı münaqişənin yenidən başlanması uzun müddətli olmayacaq. Tezliklə münaqişəyə son qoyulmasına ümid edirəm. Əminəm ki, sülh mümkündür. Amma bu gün nəyəsə proqnoz vermək çətindir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda tanınmış musiqiçi vəfat edib
-
Gəncədə zəhərlənənlərin vəziyyəti AÇIQLANDI
-
Ot tayaları yandı, yük maşını yararsız hala düşdü
-
Omanda zədələnən GFS Galaxy gəmisinin dənizçiləri xilas edilib
-
Ukrayna ordusu Rusiyanın 14 gəmisini vurub
-
Moskva hava limanlarında 150-dən çox reys gecikdi və ya ləğv edildi













