Mərakeş nümayəndəsi: Ən böyük risklərdən biri medianın qütbləşməyə və nifrət nitqinə cəlb olunmasıdır
Bu gün bütün ölkələr üçün ən böyük risklərdən biri medianın qütbləşməyə və nifrət nitqinə cəlb olunmasıdır.
"Far.Az" xəbər verir ki, bunu Mərakeş Krallığının Audiovizual Kommunikasiya üzrə Ali Qurumunun (HACA) prezidenti Latifa Akharbach IV Şuşa Qlobal Media Forumunda deyib.
Onun sözlərinə görə, media kollektiv təsəvvürlərin formalaşdırılmasında təməl daşı rolunu oynayır:
"Media insanların dünyanı görməsini təmin edən bir güzgüdür. Ölkələrimizdə elə ekosistemlər qurmalıyıq ki, orada etika və sosial məsuliyyət olsun. Hesab edirəm ki, bu Şuşa Forumu bəşəriyyət icmasının medianın münaqişələri qızışdırmaq üçün alətə çevrilə bilməyəcəyini dərk etməsi naminə ümumi və paylaşılan prinsiplərin qurulmasına töhfə verir".
Mərakeş nümayəndəsi qeyd edib ki, bugünkü forumda medianın daha da peşəkar olması üçün müzakirələr aparılır:
"Cəmiyyətlərimizin etik vasitəçiliyə, sülhə və eyni zamanda, dinləmə mədəniyyətinə ehtiyacı var. Media və jurnalistlər yaxından fəaliyyət göstərərək hər bir icmadakı insanların səsinin eşidilməsini təmin etməlidir. Həmçinin sülhə töhfə verə bilərlər".
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Audiovizual Şura ilə Mərakeşin Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumu arasında memorandum imzalanıb
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













