Energetika Nazirliyi l yarımildə 7 mindən çox vətəndaş müraciəti qəbul edib
Bu ilin I yarısında Energetika Nazirliyi və tabeli qurumlara ümumilikdə 7 326 vətəndaş müraciəti daxil olub.
Bu barədə "Report" Nazirliyə istinadən xəbər verir.
Məlumata görə, müraciətlərin 1 043-ü məlumat, 6 283-ü isə icra xarakterli olub. Bunlardan 5 729-u müvafiq qaydada icra edilib, 554 müraciət isə icradadır.
Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik enerjisinin keyfiyyəti və verilişində fasilələrin yaranması, elektrik veriliş xəttinin mühafizə zonası, kabelləşmə, qazlaşma, borc və cərimələr, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, enerji səmərəliliyi, qəbula yazılmaq, kadr məsələləri, icazələr, təşəkkür və digər mövzuları əhatə edib.
Hesabat dövründə daxil olan müraciətlərin 4 948-i Energetika Nazirliyinin "Çağrı Mərkəzi" və "Qaynar xətt"i vasitəsilə qəbul edilib. Müraciətlərin 4 080-ni elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 512-si təşəkkür xarakterli, 356-sı isə digər məsələlərlə bağlı olub.
Yarım il ərzində Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri 203 vətəndaşı qəbul edib.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb













