BDYPİ: Əkin sahələrində çalışan insanların uyğun olmayan qoşqularda daşınması ağır avtoqəzalara zəmin yaradır
Far.Az xəbər saytı

BDYPİ: Əkin sahələrində çalışan insanların uyğun olmayan qoşqularda daşınması ağır avtoqəzalara zəmin yaradır


Əkin sahələrində çalışan insanların qanunvericiliyə uyğun təchiz edilməmiş yük avtomobillərində, traktor və ya qoşqularda daşınması ağır avtoqəzalara zəmin yaradır.

BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, mövsümlə əlaqədar avtomobil yollarında kənd təsərrüfatı texnikalarının sayı artıb. Lakin, bir sıra hallarda bu tip nəqliyyat vasitələri ilə yük və sərnişin daşıma qaydalarının pozulması, onların texniki tələblərə cavab verməməsi ağırlıq dərəcəsi yüksək olan yol qəzalarına şərait yaradır.

Xatırladırıq ki, texniki-təhlükəsizlik baxımından istifadəyə yararsız, xarici işıq cihazları nasaz, tələblər pozulmaqla əlavə avadanlıq quraşdırılmış, yaxud dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikası ilə daşımaların həyata keçiriməsi sürücü ilə yanaşı digər hərəkət iştirakçıları üçün də ciddi təhlükədir.

Ot kütləsinin, müxtəlif növ məhsulların qablaşdırılmadan, çəki və ölçü parametrləri aşılmaqla qoşqularda daşınması ağırlıq dərəcəsi yüksək olan qəzaların baş verməsinə səbəb olur.

"Baş Dövlət Yol Polisi İdarəsi əkin-biçin işlərinin sürətləndiyini nəzərə alaraq, bir daha kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri işə cəlb etdikləri əməkçilərin yol hərəkəti ilə bağlı təhlükəsizliklərinin təmin olunmasına, məhsulların daşınmasının və qablaşdırılmasının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə xüsusi diqqət yetirməyə çağırır, bu sahədə nəzarət tədbirlərinin gücləndirildiyini onların diqqətinə çatdırır", - məlumatda qeyd olunub.

MƏLUMAT YENİLƏNİR ...

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər