Yay Fest 2026-ya start verilib
Bu gün gənclər festivalı olan Yay Fest-ə 2026-cı il üzrə start verilib.
"Far.Az" xəbər verir ki, festival sentyabrın 4-dək davam edəcək.
Festival Gənclər Fondunun dəstəyi, İDEA İctimai Birliyinin tərəfdaşlığı, Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi, "Böyük Qayıdış" Gənclər Təşkilatı və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Festival artıq onuncu dəfədir təşkil olunur. Ötən illər ərzində 10 mindən çox gənc festival çərçivəsində bir araya gəlib.
Şamaxıda keçirilən festivalın cari il üzrə konseptual mövzusu müasir dünyanın inkişaf trayektoriyasını müəyyən edən əsas istiqamətlər – süni intellekt, rəqəmsal transformasiya və innovasiyalar üzərində qurulub.
Festival çərçivəsində iştirakçılar süni intellekt texnologiyalarının tətbiq imkanları, rəqəmsal həllər, innovasiya ekosistemi və gələcəyin peşələri ilə bağlı ən aktual mövzularda praktiki bilik və təcrübə əldə etmək imkanı qazanacaqlar.
Belə ki, bu il süni intellekt və rəqəmsallaşmaya həsr olunan festivalda "Rəqəmsal Dövlət", "Media və Rəqəmsal Savadlılıq", "Kreativ AI", Müasir Şəhərlər və Texnologiya", "Elm, Etika və Gələcək", "Mühəndislik və Kod", "Startap və Sahibkarlıq" və "AI - İdman və Sağlamlıq" adlı ardıcıl 8 düşərgə təşkil ediləcək. Festival çərçivəsində hər biri 5 gün davam edən düşərgələrdə ümumilikdə 2 mindən çox gənc iştirak edəcək.
Çadır tipli düşərgədə gənclər dövlət qurumlarının, özəl sektorun və texnologiya sahəsinin aparıcı mütəxəssisləri ilə interaktiv görüşlərdə, panel müzakirələrdə, vörkşoplar və master-klasslarda iştirak edəcəklər. Eyni zamanda festival müddətində keçiriləcək idman yarışları, intellektual müsabiqələr, komanda quruculuğu oyunları və konsert proqramları iştirakçıların asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların şəbəkələşməsinə və komanda ruhunun inkişafına təkan verəcək.
Qeyd edək ki, düşərgədə iştirak ödənişsizdir və hər bir gənc yalnız bir düşərgədə iştirak etmək hüququna malikdir.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda "Force of Love" 2026 yay festivalı keçirilib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şuşa Qlobal Forumunun mesajı budur ki, həqiqət, dialoq, etimad davamlı sülhün əsas şərtləridir
-
Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib
-
ABŞ-də "Zərrab işi"ndə FİNAL - Doqquz il sonra...
-
Britaniya Aİ-nin Ukraynanı maliyyələşdirmə üzrə 90 milyard avroluq proqramına qoşulub
-
Hörmüzdə gərginlik artır: İran tankerlər və ABŞ bazalarını vurdu
-
Beynəlxalq dil sertifikatları tanınmır? - DİM-dən açıqlama













