"Diario La R": IV Şuşa Media Forumu - dünyanın aparıcı media hadisələrindən biridir
Uruqvayın "Diario La R" nəşri IV Şuşa Qlobal Media Forumunu jurnalistika, kommunikasiyalar və medianın müasir dünyadakı roluna həsr olunmuş ən mühüm beynəlxalq tədbirlərdən biri adlandırıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, məqalədə nəşrin nümayəndə heyətinin forumu işıqlandırmaq üçün Bakıya gəldiyi qeyd olunub.
Tədbirdə "Diario La R"i nəşrin baş direktoru Xuan Blanko təmsil edir.
"Tədbirin jurnalistlər, media rəhbərləri, alimlər, beynəlxalq təşkilatların nümayəndələri və kommunikasiya sahəsində ekspertlər də daxil olmaqla 50-dən çox ölkədən 150-dən artıq nümayəndəni bir araya gətirəcəyi gözlənilir", - deyə məqalədə vurğulanıb.
Qeyd olunub ki, forumun keçirildiyi Şuşa şəhəri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasının simvoludur.
"Forum çərçivəsində dezinformasiyanın yayılması, geosiyasi münaqişələr və sürətli texnoloji inkişaf fonunda müasir jurnalistikanın qarşılaşdığı çağırışlara həsr olunmuş konfranslar, panel müzakirələri və ikitərəfli görüşlər planlaşdırılıb.
Tədbirin əsas mövzularından biri tarixi həqiqətin bərpa edilməsində, yoxlanılmış faktlara əsaslanan informasiya narrativlərinin formalaşdırılmasında, həmçinin xalqlar arasında sülhün, əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində medianın rolu olacaq", - deyə məqalədə qeyd olunub.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Selena Qomez və Benni Blanko evləndi
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













