İspaniya Milli Meteorologiya Xidməti ən yüksək hava xəbərdarlığı elan edib
Far.Az xəbər saytı

İspaniya Milli Meteorologiya Xidməti ən yüksək hava xəbərdarlığı elan edib


İspaniya Milli Meteorologiya Xidməti güclü yağışların qeydə alındığı region üçün “qırmızı” – ən yüksək hava xəbərdarlığı elan edib.

“Report” xəbər verir ki, bu barədə “El Mundo” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Sinoptiklərin məlumatına görə, yağışlar azı cümə axşamına kimi davam edəcək.

Səlahiyyətlilərin məlumatına görə, Valensiya və Kastiliya La Mança güclü yağışların yaratdığı daşqınlardan ən çox zərər çəkən bölgələrdir.

Valensiya əyalətinin müxtəlif şəhərlərində 62 meyit tapıldığı, 1 nəfərin itkin düşdüyü bəllidir. Kastiliya La Mançada isə 2 meyit tapılıb, 5 nəfər isə axtarılır.

EFE xəbər verir ki, İspaniyanın Baş naziri Pedro Sançes onlarla şəhərin su altında qaldığını bildirib və əhali üçün təhlükənin hələ keçmədiyi barədə xəbərdarlıq edib.

Yerli KİV-in məlumatına görə, Valensiyada daha əvvəl 400-ə yaxın insan təxliyə edilib, oktyabrın 30-da məktəblərdə dərslər, eləcə də bu tarixə təyin olunan idman tədbirləri ləğv edilib, parklar bağlanıb.

15:41

İspaniyanın Valensiya muxtar icmasında leysan yağışları və daşqınlar nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

13:42

İspaniyanın cənub-şərqində güclü daşqınlar nəticəsində ən azı 51 nəfər ölüb.

“Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə Valensiya bölgəsinin hökuməti məlumat yayıb.

İspaniyanın cənub-şərqinə yağan güclü leysan yağışları nəticəsində bir çox ərazilər su altında qalıb, dəmir yolu və hava nəqliyyatının fəaliyyəti pozulub. Bəzi yerlərdə yağıntının günlük miqdarı aylıq normadan çox olub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Toyota Prius: Hibrid Avtomobillərin atası
Azərbaycanlı itkin ailələri bəyanat yayaraq beynəlxalq təşkilatlara çağırış edib - FOTO
Könül Behbudova: İtkin düşən şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistana təzyiq edilməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər