Serbiya gələn ilin ortalarınadək nüvə proqramının ilk mərhələsini başa çatdıracaq
Far.Az xəbər saytı

Serbiya gələn ilin ortalarınadək nüvə proqramının ilk mərhələsini başa çatdıracaq


Serbiya 2027-ci ilin ortalarınadək nüvə proqramının birinci mərhələsini başa çatdıracaq.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiyanın mədənçilik və energetika naziri Dubravka Cedoviç Handanoviç Nüvə Enerjisi Proqramının Həyata Keçirilməsi üzrə Milli Orqanın (NEPIO) rolu və məsuliyyətlərinə həsr olunmuş seminarda bildirib.

O qeyd edib ki, məqsəd gələn ilin ortalarınadək nüvə proqramının birinci mərhələsini başa çatdırmaq, 2035-ci ilədək isə ilk nüvə qurğusunun tikintisinə başlamaqdır.

Nazir vurğulayıb ki, Serbiya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) standartlarına uyğun olaraq nüvə proqramını məsuliyyətli və mərhələli şəkildə inkişaf etdirir.

"Gələn ilin ortalarınadək nüvə proqramının gələcək inkişafı ilə bağlı əsaslandırılmış qərarın qəbul edilməsi üçün zəruri olan bütün məlumatlara malik olacağıq. 2032-ci ilədək institusional, tənzimləyici və peşəkar baxımdan texnologiyanı seçmək və tikinti prosesinə başlamaq üçün tam hazır olacağıq ki, 2035-ci ilədək tikintiyə start verilsin", - Handanoviç bildirib.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər