Tramp: ABŞ tezliklə İranın Natanzdakı nüvə obyektini bombalayacağıq
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika hərbçiləri tezliklə İranın Natanzdakı nüvə obyektini bombalayacaq.
"Report"un xəbərinə görə, Ağ Ev rəhbəri "Salem Radio Network"da Hyu Huitt ilə söhbətində yaxın günlərdə İrana ciddi zərbələr endirəcəyini açıqlayıb.
"Biz bunu edəcəyik. Kirk dağını məhv edəcəyik. İranlılara deyin hazırlaşsınlar. Bu axşam onlara çox ciddi zərbə vuracağıq və sabah onlara ciddi zərbə endirəcəyik. Bununla bağlı heç bir şey edə bilməyəcəklər", - o deyib.
Qeyd edək ki, Kirk dağı İranda yerləşir və Natanz nüvə kompleksindən təxminən bir mil cənubdadır.
Daha əvvəl məlum olub ki, Tramp Konqresi İrana qarşı hərbi kampaniyanın başlanması barədə rəsmən məlumatlandırıb. Bunun fonunda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 14-də saat 16:00-da (Bakı vaxtı ilə iyulun 15-də gecəyarı) İran limanlarının blokadasının bərpa olunacağını bildirib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dennis Yu: Azərbaycanın nə qədər böyük bir yol qət etməsi heyranedicidir
-
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir
-
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir
-
Azərbaycan Prezidenti: Biz hər zaman İslam ölkələri arasında həmrəyliyin tərəfdarı olmuşuq
-
İlham Əliyevin media nümayəndələri ilə səmimi söhbəti
-
İlham Əliyevin sosial şəbəkə hesablarında IV Şuşa Qlobal Media Forumundan paylaşım edilib













