BƏƏ: İran Hörmüz boğazında gəmilərə hücum edib, ölən və yaralananlar var
Far.Az xəbər saytı

BƏƏ: İran Hörmüz boğazında gəmilərə hücum edib, ölən və yaralananlar var


BƏƏ-nin Müdafiə Nazirliyi bildirib ki, Omanın ərazi sularında, Hörmüz boğazının cənubunda "Mombasa" və "Al-Bahiyah" tankerlərinə İranın qanadlı raketlərinin hücumuna məruz qalıb.

"Far.Az"un məlumatına görə, nazirlik bununla bağlı məlumatı "X" sosial şəbəkəsində paylaşıb.

Paylaşımda vurğulanır ki, hücum nəticəsində "Mombasa" tankerinin bir heyət üzvü - Hindistan vətəndaşı həlak olub. Daha səkkiz nəfər yaralanıb, onlardan dördünün vəziyyəti ağırdır. Yaralananlar arasında altı Hindistan vətəndaşı və iki Ukrayna vətəndaşı var.

"Göyərtədə baş verən yanğınlar nəticəsində hər iki tankerə maddi ziyan dəyib. Yanğınlar söndürülüb", - Müdafiə Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, BƏƏ hadisəyə reaksiya vermək və ərazisini, vətəndaşlarını, sakinlərini və milli maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır.

Oxşar xəbərlər

İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər