Prezident köməkçisi: Azərbaycan tez-tez beynəlxalq dezinformasiya kampaniyalarının hədəfinə çevrilir
Azərbaycan tez-tez beynəlxalq dezinformasiya kampaniyalarının hədəfinə çevrilir.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son illərdə Azərbaycan media mühitinin hərtərəfli modernləşdirilməsini həyata keçirir:
"Bu islahatlar peşəkar jurnalistikanın gücləndirilməsi, institusional potensialın artırılması, etik standartların təşviqi, media savadlılığının artırılması və medianın sürətli texnoloji dəyişikliklərə uyğunlaşmasına kömək etmək məqsədi daşıyır. Media islahatı dayanıqlı institutların qurulması, müstəqil jurnalistikanın dəstəklənməsi, dezinformasiyaya qarşı müqavimətin artırılması və ictimai etimadın gücləndirilməsi haqqındadır".
Hikmət Hacıyev deyib ki, bir çox siyasətçilər və ekspertlər Azərbaycana qarşı yönəlmiş geniş dezinformasiya və qarayaxma kampaniyalarını müşahidə ediblər:
"Biz bu faktları yoxlayır və faktlara əsaslanan cavablar təqdim edirik. İndi isə həqiqəti sübut etmək daha çətindir, çünki texnologiya nəhəngləri və peşəkar jurnalistikanın rolunu oynamalı olan bəzi institutlar bəzən dezinformasiyanın yayılmasında fəal iştirak edirlər. Hökumətlər, media təşkilatları, texnologiya şirkətləri, akademiya və vətəndaş cəmiyyəti dəqiq, şəffaf və hesabatlı informasiya mühitinin yaradılması üçün ortaq məsuliyyət daşıyırlar".
Prezident köməkçisi əlavə edib ki, dialoq, peşəkar jurnalistika və qarşılıqlı hörmət vasitəsilə etimad da bərpa oluna bilər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşma dayanır
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır?
-
Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib
-
Elşən Həsənov: Azərbaycanda kiber ordu ilə bağlı müəyyən institusional fəaliyyət mövcuddur
-
Portuqaliyalı hakim Qustavo Korreya ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək
-
"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər













