UEFA reytinqi: "Sabah" Azərbaycanın əmsalını daha da artırıb
"Sabah" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb.
"Report" xəbər verir ki, bu, ölkə təmsilçisinin Uelsdə TNS komandasına UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 2:1 hesabı ilə qalib gəlməsi sayəsində mümkün olub.
Bu qələbə sayəsində Valdas Dambrauskasun baş məşqçisi olduğu kollektiv Azərbaycana əlavə olaraq 0,250 əmsal qazandırıb.
Beləliklə, Azərbaycanın cari mövsümdə əldə etdiyi əmsal 1,000 olub. Ölkə hazırda 19,562 əmsalla 26-cı pillədə qərarlaşıb. 27-ci yerdə Bolqarıstan (18,312), 25-ci mövqedə İsrail (20,750) yer alıb.
UEFA reytinqində İngiltərə (101,852) liderdir.
Xatırladaq ki, Bakıda rəqibini iki cavabsız qolla üstələyən "Sabah" qitənin bir nömrəli klub turnirinin II təsnifat mərhələsinə vəsiqə qazanıb. Azərbaycan çempionu bu raundda "Kups"la (Finlandiya) münasibətlərə aydınlıq gətirəcək.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Sabah" TNS komandasını məğlub edib - YENİLƏNİB-5
UEFA Çempionlar Liqası: "Sabah" TNS ilə oyunda hesabı açıb - YENİLƏNİR-3
Alim Nəbiyev MMA-də növbəti qələbəsini qazanıb, rəqibini 1-ci raundda nokaut edib
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir
-
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb













