AMB: Rəqəmsal transformasiyanın əsas aparıcı qüvvəsi özəl sektordur
Hazırda Azərbaycanda rəqəmsal transformasiyanın əsas aparıcı qüvvəsi özəl sektordur.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müavini Vüsal Xəlilov Bakıda keçirilən "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda dəyirmi masada bidirib.
Onun sözlərinə görə, AMB-nin rəqəmsallaşma islahatlarında nəzarət ("supervision") sistemlərinin texnologiyalar əsasında təkmilləşdirilməsi digər mühüm istiqamətlərdən biridir: "Bu məqsədlə 2025-ci ilin fevral ayında nəzarət texnologiyaları ("SupTech") üzrə Yol Xəritəsi təsdiqlənib. Bu yanaşma bir tərəfdən maliyyə sektoruna yeni məhsulların hazırlanması üçün imkan yaradır, digər tərəfdən isə Azərbaycan Mərkəzi Bankının nəzarət mexanizmlərinin texnologiyalar üzərindən həyata keçirilməsini təmin edir. Buraya süni intellekt modellərinin tətbiqi, hesabatlılıq proseslərinin sadələşdirilməsi və nəzarət proseslərinin rəqəmsallaşdırılması daxildir".
V.Xəlilov qeyd edib ki, bir neçə il əvvəl bir sıra hesabatlar və müraciətlər kağız daşıyıcılar üzərində təqdim olunurdu: "Hazırda bu proseslər tam elektron formatdadır və inteqrasiya olunmuş sistemlər vasitəsilə həyata keçirilir. Özəl sektorun roluna gəlincə, formalaşdırılmış rəqəmsal arxitektura bu sahədə daha səmərəli yanaşmanın tətbiqinə imkan verir. Maliyyə sektorunda rəqəmsallaşmanın təhlili göstərir ki, bu transformasiyanın əsas hərəkətverici qüvvəsi tənzimləyici mühit olub. Məhz tənzimləmə banklara rəqəmsal məhsullar yaratmağa və rəqəmsal kanallar üzərindən xidmət göstərməyə imkan verib. Bu yanaşma digər sahələr üçün də aktualdır. Beynəlxalq təcrübə də göstərir ki, rəqəmsal transformasiyanın əsas aparıcı qüvvəsi özəl sektordur. Dövlət isə bu prosesdə dəstəkləyici rol oynayaraq əlverişli tənzimləyici mühit yaradır və məlumatlara çıxışı asanlaşdırır".
O əlavə edib ki, bu baxımdan əsas məsələlərdən biri risk-əsaslı və mərhələli yanaşmanın tətbiqidir: "Hazırda AMB xüsusi tənzimləmə rejimi tətbiq edir. Eyni zamanda, virtual aktivlər haqqında qanun layihəsi aidiyyəti dövlət qurumları tərəfindən nəzərdən keçirilir. Gözlənilir ki, sənəd ilin sonunadək Milli Məclisə təqdim ediləcək. Xüsusi tənzimləmə rejimi blokçeyn və kriptoaktivlər sahəsində yeni məhsulların real mühitdə sınaqdan keçirilməsinə imkan yaradır ki, bu da innovasiyaların inkişafına müsbət təsir göstərir".
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
2025-ci il: Texnoloji tərəqqi və süni intellektin təkamülü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kiyev son bir həftədə Rusiyaya gündə 850 dəfəyə qədər zərbə endirib
-
ABŞ-də "Zərrab işi"ndə FİNAL - Doqquz il sonra...
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Xalq artistini səhnədə oğlu Çarlz müşayiət etdi
-
Premyer Liqa klubu afrikalı futbolçunun transferindən imtina edib













