Pərviz Şahbazov: "Enerji siyasətimiz "OPEC+" platformasının məqsədləri ilə tam uzlaşır"
Azərbaycanın həyata keçirdiyi enerji siyasəti "OPEC+" platformasının əsas məqsədləri ilə tam uzlaşır.
"Far.Az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən "OPEC+" Əməkdaşlıq Xartiyasının (Charter of Cooperation – CoC) Texniki Komitəsinin ilk iclasında deyib.
Nazirin sözlərinə görə, "OPEC+" təkcə neft hasilatının tənzimlənməsi mexanizmi deyil, həm də qlobal neft bazarında sabitliyin qorunmasına və istehsalçılarla istehlakçı ölkələrin maraqları arasında balansın təmin edilməsinə xidmət edən mühüm əməkdaşlıq platformasıdır: "Əməkdaşlıq Xartiyası çərçivəsində müəyyən edilmiş əsas prioritetlər – iri neft istehlakçısı ölkələrlə dialoqun gücləndirilməsi, neft sənayesində texnologiya, innovasiya və investisiyaların təşviqi, tənzimləyici siyasətlər üzrə əməkdaşlığın genişləndirilməsi, neft bazarı üzrə analitik fəaliyyətin təkmilləşdirilməsi və sənaye standartlarının inkişafı "OPEC+" əməkdaşlığının daha da dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır".
P.Şahbazov vurğulayıb ki, Texniki Komitənin ilk iclası Əməkdaşlıq Xartiyasının məqsədlərinin praktik icrasına doğru atılan mühüm addımdır və tərəfdaşlar arasında dialoqun genişlənməsinə, əməkdaşlığın daha sistemli əsasda qurulmasına, eləcə də "OPEC+" çərçivəsində uzunmüddətli əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək: "Bakı tarix boyu Şərqlə Qərb, istehsalçılarla istehlakçılar, keçmişlə gələcək arasında körpü rolunu oynayıb. Şəhər bu gün həm də ənənəvi enerji ilə enerji keçidinin yeni reallıqlarını bir araya gətirən etibarlı dialoq platformasına çevrilib. Bugünkü müzakirələrin "OPEC+" əməkdaşlığının gələcək inkişafına, qlobal enerji təhlükəsizliyinin, qarşılıqlı etimadın və bazar sabitliyinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inanır".
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kiyev son bir həftədə Rusiyaya gündə 850 dəfəyə qədər zərbə endirib
-
ABŞ-də "Zərrab işi"ndə FİNAL - Doqquz il sonra...
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Xalq artistini səhnədə oğlu Çarlz müşayiət etdi
-
Premyer Liqa klubu afrikalı futbolçunun transferindən imtina edib













