Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər
Slovakiya Prezidenti Peter Pelleqrini və Azərbaycanın Baş naziri Əli Əsədov iki ölkə arasında ticarət-investisiya və infrastruktur əməkdaşlığının inkişaf perspektivlərini müzakirə ediblər.
"Far.Az" xəbər verir ki, bu barədə Pelleqrini Azərbaycanın Baş naziri ilə görüşdən sonra "X" sosial şəbəkəsində yazıb.
"Azərbaycan Prezidenti İlham Əliyev ilə məhsuldar strateji danışıqlardan sonra Baş nazir Əli Əsədovla dialoqu davam etdirməkdən məmnun oldum. Görüşdə diqqət ümumi baxışımızın konkret nəticələrə çevrilməsinə yönəldildi. Biz ticarət-investisiya əməkdaşlığının dərinləşdirilməsi, nəqliyyat infrastrukturunun gücləndirilməsi və Azərbaycanın genişmiqyaslı modernləşdirilməsi proqramında Slovakiya şirkətlərinin iştirakının genişləndirilməsi perspektivlərini müzakirə etdik", - o yazıb.
Pelleqrini həmçinin vurğulayıb ki, enerji təhlükəsizliyi ölkələrin davamlı və etibarlı tərəfdaşlıqlar formalaşdırmaqda ümumi marağını əks etdirərək müzakirələrin əsas istiqamətlərindən biri olub.
"Məqsədimiz aydındır - fəal siyasi dialoqu iqtisadiyyatlarımız üçün uzunmüddətli dəyər yaradacaq, biznes üçün yeni imkanlar açacaq və ölkələrimizin vətəndaşlarına nəzərəçarpacaq fayda gətirəcək praktiki əməkdaşlığa çevirmək", - Slovakiya Prezidenti əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev və Peter Pelleqrini Bratislavada Devin qəsrində olublar
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
-
"Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub edib
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
Nilüferin övladlığa götürdüyü 26 yaşlı qızı evləndi













