Taxıl sahələrindən 2,6 milyon tondan çox məhsul yığılıb
İyulun 15-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 78,5 faizində biçin başa çatıb.
Far.Az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə, mövsüm ərzində 755 500 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 636 623 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,9 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 sent/ha çoxdur.
İndiyədək mexanizatorlar tərəfindən 307 min 384 hektar buğda, 448 min 116 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 milyon 175 min 93 ton buğda, 1 milyon 461 min 528 ton arpa yığılıb. Buğda sahələrinin 67 faizində, arpa sahələrinin isə 89,3 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 38,2 sent/ha, arpa üzrə isə 32,6 sent/ha təşkil edir.
Artıq 13 rayonda - Ucar, Ağdaş, Bərdə, Biləsuvar, Cəlilabad, Kürdəmir, Yevlax, Masallı, Neftçala, Sabirabad, Salyan, Kəlbəcər və Şuşada biçin tam yekunlaşıb, Respublikanın 12 rayonunda - Ağsu, Astara, Balakən, Beyləqan, Göyçay, Goranboy, Naftalan, İmişli, Zərdab, Saatlı, Samux, Tərtər rayonlarında taxıl biçini yekunlaşmaq üzrədir.
Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
Azərbaycanda əkin sahələrinin 78,5 %-də biçin yekunlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
-
"Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub edib
-
"Sabah"ın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan "KuPS" - TANITMA













