Azərbaycanda turizmin inkişafı ilə bağlı yeni dövlət proqramı üzərində iş yekunlaşır
Far.Az xəbər saytı

Azərbaycanda turizmin inkişafı ilə bağlı yeni dövlət proqramı üzərində iş yekunlaşır


Azərbaycanda turizm sektorunun inkişafı ilə bağlı yeni dövlət proqramı üzərində iş yekunlaşır.

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyev SKAL Bakı Klub və Azərbaycan Turizm Sənaye Liderlərinin görüşündə deyib.

Onun sözlərinə görə, dövlət proqramı üzərində işlər ötən ilin ortalarından başlayıb: "Bu işlər müvafiq mərhələlərdən və hökumətlərarası razılaşdırma prosesindən keçib. Hazırda proqram yekunlaşma ərəfəsindədir. Proqram turizm sektorunun uzunmüddətli inkişafını dəstəkləyəcək tədbirləri əhatə edir. Sənəddə 2026-cı il üzrə həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər də yer alıb və onların icrasına hazırlıq işləri artıq başlanılıb. Dövlət proqramı ilə bağlı daha ətraflı məlumat növbəti müzakirələr zamanı ictimaiyyətə təqdim olunacaq".

Oxşar xəbərlər

Masazır əhalisinə ŞAD XƏBƏR - artıq YEKUNLAŞIR
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər