Azərbaycanın voleybol klublarının avrokuboklardakı rəqibləri bəlli olub
Far.Az xəbər saytı

Azərbaycanın voleybol klublarının avrokuboklardakı rəqibləri bəlli olub


Azərbaycanın voleybol klublarının avrokuboklardakı rəqibləri bəlli olub.

"Report" xəbər verir ki, qadınlardan ibarət "Turan" komandası Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" kollektivi ilə üz-üzə gələcək.

İlk qarşılaşma 20-22 oktyabrda evdə, cavab matçı 27-29 oktyabrda səfərdə baş tutacaq.

Kişilərdən ibarət "Xilasedici" klubu Çempionlar Liqasında Portuqaliya təmsilçisi "Sportinq"lə görüşəcək. İlk matçlar 2-5, cavab qarşılaşmaları 10-12 noyabrda gerçəkləşəcək.

Qadınlardan ibarət "DH Volley" komandası Çağırış Kubokunun 1/32 finalında "Holte" (Danimarka) ilə üz-üzə gələcək. İlk oyun 27-29 oktyabrda evdə, cavab oyunu 3-5 noyabrda səfərdə keçiriləcək.

Kişilər arasında Çağırış Kubokunda "Ordu" uğur qazanmağa çalışacaq. Komandanın rəqibi Norveçin "Ferde" klubu olacaq. "Hərbçilər" ilk görüşü 10-12 noyabrda evdə, cavab matçını 17-19 noyabrda səfərdə keçiriləcək.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Braziliya - Norveç matçını dünya ulduzları tribunadan izləyib
"Xilasedici" Azərbaycan çempionu olub
Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını, Zəfər abidəsini ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər