Rafiq Hüseynov: "Yeniyetmə güləşçilərimiz Bakıda keçiriləcək U-17 dünya çempionatına hazırdır"
Azərbaycanın yeniyetmə güləşçiləri iyulun 27-dən avqustun 2-dək Bakıda təşkil olunacaq U-17 dünya çempionatına hazırdır.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın yeniyetmələrdən ibarət yunan-Roma yığmasının baş məşqçisi Rafiq Hüseynov bildirib.
Onun sözlərinə görə, hazırda komanda Bakıda təlim-məşq toplanışını davam etdirir:
"Ölkə birinciliyinin ardından müxtəlif məkanlarda təlim-məşq toplanışları təşkil etdik. Hazırlıq prosesinə Şamaxıda start verdik. Sonra Özbəkistanın Buxara şəhərində toplanış keçirdik. Həmin toplanış zamanı Türkiyədə baş tutan "Zəfər Kuboku" turniri üçün seçim prosesimizi həyata keçirdik. Bu yarışda uğurlu çıxış edən idmançılarımız Avropa çempionatı üçün heyətə daxil edildi. Qitə birinciliyindən sonra artıq üçüncü təlim-məşq toplanışımızı həyata keçiririk. Sonuncu hazırlıq mərhələsi komandanın tam formaya düşməsinə yönəlib. Yığmamız optimal hazırlıq səviyyəsinə çatıb".
Baş məşqçi əlavə edib ki, kiçik zədələr ciddi narahatlıq doğurmur:
"Dünya çempionatınadək cəmi 10 təlim-məşq toplanışı keçirmiş olacağıq. Bütün bu hazırlıq prosesləri Azərbaycan Güləş Federasiyası tərəfindən ən yüksək standartlara uyğun təşkil olunub və bizə hər cür dəstək göstərilib".
Oxşar xəbərlər
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib
Xankəndidə Zəfər atəşfəşanlığı
Türkmənistanda Azərbaycanın Zəfər Günü qeyd edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
-
"Sabah"ın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan "KuPS" - TANITMA
-
Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı













