İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da "John Deere" şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, "John Deere Walldorf International" MMC-nin Baş icraçı direktoru Çaba Leykonu və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zakseni qəbul edib.
BAKU.WS xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Çaba Leyko ilə ötən il Bakıda görüşü məmnunluqla xatırlandı.
Qonaqlar ölkəmizdə gördükləri inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını dedilər.
"John Deere" şirkətinin Azərbaycanda uğurlu fəaliyyətinə toxunan Çaba Leyko ölkəmizlə əməkdaşlığı genişləndirilməkdə maraqlı olduqlarını bildirdi.
Görüş əsnasında ölkəmizdə kənd təsərrüfatının geniş potensialının olduğu vurğulandı, bu sahədə müasir texnologiyaların tətbiq edildiyi bildirildi, kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlərə toxunuldu və bu xüsusda qəbul olunmuş yeni Dövlət Proqramının əhəmiyyəti qeyd edildi.
Söhbət zamanı Azərbaycanla "John Deere" şirkəti arasında gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi, kənd təsərrüfatının bir çox istiqaməti üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.
Qeyd edək ki, "John Deere" 1837-ci ildə ABŞ-də yaradılıb. Kənd təsərrüfatı, tikinti və meşəçilik avadanlıqlarının istehsalı sahəsində qlobal miqyasda aparıcı şirkətlərdən biri olan "John Deere"nin 30-dan çox ölkədə zavodları və ofisləri fəaliyyət göstərir.
Qalereya
Oxşar xəbərlər
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı
-
İntensiv yağış yağacaq, sel keçəcək - Əhaliyə XƏBƏRDARLIQ
-
Taxıl sahələrindən 2,6 milyon tondan çox məhsul yığılıb
-
Qahirə və Bakı arasında müntəzəm birbaşa aviareyslər açıla bilər
-
DÇ-2026: İngiltərə - Argentina oyunu başlayıb
-
Su fasilələri ən çox Argentinaya fayda verib













