Aynur Camalqızı: Dini mövzuların mediada işıqlandırılması təhlükəsizlik və sabitlik məsələsidir
İnformasiya artıq sadəcə xəbər yox, siyasi təsir vasitəsi, iqtisadi alət, psixoloji silah və milli təhlükəsizliyin əsas elementlərindən biridir.
"Report"un Qusara ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün bəşəriyyət tarixinin ən mürəkkəb informasiya dönəmini yaşayır:
"Ən təhlükəli məqam dezinformasiya kampaniyalarının getdikcə daha çox insanın ən həssas dəyərlərini - milli kimliyini, dini inancını və mənəvi hissini hədəfə almasıdır. Din cəmiyyətləri birləşdirməli olduğu halda, rəqəmsal mühitdə bəzən dindən parçalamaq üçün istifadə edirlər. Məhz buna görə bu gün müzakirəyə çıxardığımız "Dini mövzuların mediada təqdimatı" mövzusu təkcə media və ya din məsələsi deyil. Bu, həm də təhlükəsizlik, sabitlik və sosial həmrəylik məsələsidir".
Qeyd edək ki, konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunub.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İngiltərə - Argentina oyunu başlayıb
-
Qahirə və Bakı arasında müntəzəm birbaşa aviareyslər açıla bilər
-
Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR
-
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
-
İçməli su küçəyə axır - Sakinlərdən şikayət
-
Messi: "Futbol baxımından İngiltərədən üstün olduğumuzu bilirdik"













