Jurnalistlər üçün "Təhsildə rəqəmsallaşma" mövzusunda ilk təlim keçirilib
"Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək" layihəsi çərçivəsində jurnalistlər üçün "Təhsildə rəqəmsallaşma" mövzusunda ilk təlim-müzakirə sessiyası keçirilib.
"Report" xəbər verir ki, təlim Elm və Təhsil Nazirliyinin dəstəyi, "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.
İctimai Birliyin sədri Ayaz Mirzayev layihənin məqsədi, jurnalistlərin elm və təhsil sahəsində peşəkar biliklərinin artırılmasının əhəmiyyətindən bəhs edib.
Sessiya çərçivəsində Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov "Təhsildə rəqəmsallaşma" mövzusunda təqdimatla çıxış edib.
O, təhsil sistemində rəqəmsal transformasiya prosesi, həyata keçirilən layihələr, müasir texnologiyaların tətbiqi, qlobal tendensiyalar və gələcək inkişaf istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verib.
Daha sonra Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz rəqəmsal mühitdə media və təhsil sahəsində aktual çağırışlar, informasiya texnologiyalarının inkişafı və rəqəmsal savadlılığın əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova isə elm və təhsil mövzularının mediada peşəkar, obyektiv və məsuliyyətli şəkildə işıqlandırılmasının, həmçinin jurnalistlərin sahəvi biliklərinin davamlı inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Təlim interaktiv müzakirələr şəraitində keçirilib. Media nümayəndələrinin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb, həmçinin qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, layihənin əsas məqsədi elm və təhsil mövzularını işıqlandıran media nümayəndələrinin sahəvi biliklərini zənginləşdirmək, peşəkar bacarıqlarının inkişafına dəstək vermək və ictimaiyyətin düzgün məlumatlandırılmasına töhfə verməkdir.
Layihə çərçivəsində il ərzində jurnalistlər üçün ümumilikdə 10 interaktiv təlim-müzakirə sessiyası keçirilməsi nəzərdə tutulub. Növbəti sessiyalarda təhsilin iqtisadiyyatı, məktəbəqədər və ali təhsil, tədrisin məzmunu, yerli və beynəlxalq qiymətləndirmələr, elmi islahatlar, təhsildə keyfiyyət təminatı və elmi-pedaqoji jurnalistika kimi aktual mövzular müzakirə olunması planlaşdırılır.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İngiltərə - Argentina oyunu başlayıb
-
Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR
-
Messi: "Futbol baxımından İngiltərədən üstün olduğumuzu bilirdik"
-
İçməli su küçəyə axır - Sakinlərdən şikayət
-
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
-
Azərbaycan və Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib













