"Diario La R": IV Şuşa Qlobal Media Forumu - jurnalistikanın gələcəyini müzakirə etmək üçün beynəlxalq platforma
IV Şuşa Qlobal Media Forumu jurnalistikanın gələcəyini müzakirə etmək üçün beynəlxalq platformaya çevrilir.
"Far.Az" xəbər verir ki, bu barədə Uruqvayın "Diario La R" qəzetinin məqaləsində bildirilib.
Müəlliflər Şuşada bərpa işlərinin sürətini, eləcə də IV Qlobal Media Forumunun təşkilini yüksək qiymətləndiriblər.
"Azərbaycan çoxillik münaqişə nəticəsində zərər çəkmiş şəhərin sadəcə bərpa edilməsindən daha çoxuna can atır. Söhbət həm də milli narrativin bərpasından və onun beynəlxalq auditoriyaya təqdim olunmasından gedir", - məqalədə qeyd edilib.
Bildirilib ki, forumun devizi də rəmzi xarakter daşıyır - "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması".
"Süni intellektin, dezinformasiyanın və geosiyasi maraqların beynəlxalq ictimai rəyə təsir etmək uğrunda rəqabət apardığı bir dövrdə Şuşa şəhərinin forum məkanı kimi seçilməsi diqqətlə düşünülmüş siyasi mesaj ötürür", - məqalədə vurğulanıb.
Eyni zamanda qeyd olunub ki, informasiya məkanı yeni qarşıdurma teatrına çevrilib - Rusiya-Ukrayna münaqişəsi, Yaxın Şərqdəki müharibə və Hind-Sakit okean regionundakı gərginlik.
"Dövlətlər strateji kommunikasiyalara getdikcə daha çox investisiya yatırırlar, ənənəvi media isə eyni zamanda etimad, iqtisadi dayanıqlılıq və texnoloji rəqabət böhranı ilə üzləşir. Bu fonda Şuşa jurnalistikanın gələcəyini müzakirə etmək üçün beynəlxalq platforma olmağa can atır", - müəllif vurğulayıb.
Müəlliflərin sözlərinə görə, Qafqaz regionunun beynəlxalq əhəmiyyəti onun coğrafi ölçülərini xeyli üstələyir: "Cənubi Qafqaz Avropa ilə Asiya arasında strateji körpüdür. Bu gün Azərbaycan özünü enerji resurslarının alternativ tədarükçüsü kimi mövqeləndirir. Bu, Bakının diplomatik mövqelərini gücləndirir və regionun sabitliyinə artan beynəlxalq marağı izah edir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı
-
İntensiv yağış yağacaq, sel keçəcək - Əhaliyə XƏBƏRDARLIQ
-
Taxıl sahələrindən 2,6 milyon tondan çox məhsul yığılıb
-
Qahirə və Bakı arasında müntəzəm birbaşa aviareyslər açıla bilər
-
DÇ-2026: İngiltərə - Argentina oyunu başlayıb
-
Su fasilələri ən çox Argentinaya fayda verib













