Slovakiya Prezidenti: Azərbaycan qaz təhcizatı məsələsində Bratislavanın əsas tərəfdaşıdır
Slovakiya qaz təhcizatı məsələsində Azərbaycana əsas tərəfdaş kimi baxır.
BAKU.WS xəbər verir ki, bu barədə Slovakiya Prezidenti Peter Pelleqrini "AnewZ" telekanalına müsahibəsində bildirib.
Slovakiya Prezidenti vurğulayıb ki, Şərqi Avropada Rusiya və Ukrayna arasında münaqişənin başlamasından və bunun ardınca gələn enerji böhranından sonra Bakı dərhal Bratislavaya müxtəlif marşrutlar vasitəsilə müəyyən həcmdə təbii qazın tədarükünü təklif edib:
"Məhz Azərbaycan dərhal bizə tutumların bir hissəsini həm "Türk axını", həm də Bolqarıstan və İtaliyadan keçməklə Avstriyaya uzanan digər marşrutlar vasitəsilə təklif etdi. Biz Azərbaycandan qaz aldıq. Ancaq indi hansısa uzunmüddətli həll yolu axtarırıq, çünki Azərbaycandan Mərkəzi Avropaya qaz tədarükü üzrə təklif var".
O vurğulayıb ki, Slovakiya Azərbaycanı Slovakiyanın enerji tədarükünü şaxələndirməsi məsələlərində əsas tərəfdaş kimi nəzərdən keçirir: "Avropa İttifaqı 2027-ci ildən sonra Rusiya qazını almağı dayandırmaq istərdi. Odur ki, biz (qaz tədarükünü - red.) diversifikasiya etməliyik və Azərbaycanı bu məsələdə əsas oyunçulardan biri kimi nəzərdən keçiririk".
P. Pelleqrini qeyd edib ki, Bakı və Bratislava arasında bərabərhüquqlu tərəfdaşlıq münasibətləri formalaşıb: "Biz Azərbaycana, "Azərbaycan zəngin ölkədir, gəlin ona nəsə satmağa çalışaq" - deyə düşünən başqaları kimi alıcı gözü ilə baxmağa çalışmırıq. Biz Slovakiyada bir-birimizə tərəfdaş kimi yanaşmağa üstünlük veririk".
O əlavə edib ki, bu, müxtəlif sahələrdə, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlıq deməkdir: "Bu gün biz müdafiə nazirimizlə yeni hərbi avadanlıqların istehsalı üzrə birgə layihəni müzakirə etdik. Bu, hər iki ölkənin şirkətləri tərəfindən istehsal ediləcək və daha sonra Azərbaycan vasitəsilə yeni bazarlara çıxaraq hər iki tərəfə fayda gətirə biləcək".
Qeyd edək ki, daha əvvəl Slovakiyanın 2027-ci ildən sonra Azərbaycandan ildə təxminən 1,2 milyard kubmetr qaz almaq niyyətində olduğu barədə məlumat verilmişdi.//Report.az
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İçməli su küçəyə axır - Sakinlərdən şikayət
-
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib
-
Gündüz İsmayılov: "Əsas məqsədimiz dini məsələlərin rəqəmsal mediada, mətbuatda müzakirəsinin aparılmasıdır"
-
Messi: "Futbol baxımından İngiltərədən üstün olduğumuzu bilirdik"
-
Quzu əti niyə fərqli qiymətlərə satılır
-
SOCAR istehsalatda süni intellekt texnologiyalarının tətbiqini genişləndirəcək - EKSKLÜZİV













