Azərbaycanda sadələşdirilmiş vergi üzrə dövriyyə limitinin artırılması müzakirə edilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində sadələşdirilmiş vergi üzrə dövriyyə limitinin artırılması müzakirə edilib.
"Far.Az" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, Dövlət Vergi Xidmətində İqtisadi Şuranın Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrupunun Vergi Altqrupunun Koordinasiya Qrupu nümayəndələri ilə görüş keçirilib.
Xidmətin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov görüş iştirakçılarına vergi inzibatçılığında bir sıra istiqamətlərdə aparılan müvafiq təkmilləşdirilmə işləri ilə bağlı geniş məlumat verib, vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə ödənişlərin real vaxt rejimində işlənməsi istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə həyata keçirilən tədbirlər, sərəncamların tətbiqi ilə bağlı icra olunan pilot layihə barədə yenilikləri diqqətə çatdırıb.
Görüş zamanı Koordinasiya Qrupu biznes nümayəndələrindən toplanılan ümumiləşdirilmiş hər bir təklif üzrə müzakirələr aparıb. Bundan başqa, mikro sahibkarlara verilən güzəştlər, kənd təsərrüfatı məhsullarından hazırlanan məhsullara və təkrar bazar əməliyyatlarına ƏDV-nin ticarət əlavəsinə tətbiq edilməsi, sadələşdirilmiş vergi üzrə dövriyyə limitinin artırılması, vergi inzibatçılığı və şikayətlərə dair təkliflər çərçivəsində kameral vergi yoxlamaları nəticəsində bank hesablarına sərəncam qoyulması təcrübəsinin təkmilləşdirilməsi, riskli vergi ödəyicisi statusunun tətbiqi, şikayətlərə baxılma müddətlərinin qısaldılması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məsələləri qeyd edilib.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













