Zeynəbin axtarışları nəticə vermir - "Qayalıqlar və balıqçı torları işi çətinləşdirir"
İyulun 6-da paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi istiqamətində dənizdə batan 19 yaşlı Zeynəb Məmmədzadənin axtarışları davam etdirilir.
Hadisə nəzarətsiz çimərlik ərazisində baş verib, bir ailənin üzvləri boğulublar. Zeynəbin atası və bacısı xilas edilsə də, qardaşı Raulun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Zeynəbdən isə hələlik xəbər yoxdur.
"Hazırda balamız Zeynəbin axtarışları davam etdirilir. Raulu isə artıq dəfn etmişik. Ata ağır psixoloji vəziyyətdədir, bir övladını itirib, digərinin isə taleyindən xəbər yoxdur", - deyə Zeynəbin qohumu Baku TV-yə söyləyib.
Ailənin qohumları axtarış aparılan ərazidə güclü dalğaların, qayalıqların və köhnə balıqçı torlarının işi çətinləşdirdiyini bildiriblər.
Qeyd edək ki, iyulun 6-da axşam saatlarında Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində dənizdə bir ata və üç övladı batıb.
Xilasetmə əməliyyatları nəticəsində 51 yaşlı Rasim Məmmədov və 10 yaşlı qızı Aytən Məmmədzadə xilas ediliblər. Axtarışlar zamanı dalğıclar R.Məmmədovun 21 yaşlı oğlu Raul Məmmədovun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Oxşar xəbərlər
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib
Bu gün paytaxtın 555 küçəsi yuyuldu
Dağlıq ərazidə axtarış-xilasetmə ilə bağlı təlim keçirilib
Raulun cansız bədəni tapıldı, Zeynəb hələ də axtarılır: Mərdəkandakı faciənin TƏFƏRRÜATI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib
-
Quzu əti niyə fərqli qiymətlərə satılır
-
UEFA Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəlib
-
Dağbəyi İsmayılov: "Harada boşluq yaranırsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur"
-
Rəşad Sadıqov: "Torpedo" ilə qarşılaşmaq istəmirdik"
-
İspaniya baş nazirinin həyat yoldaşı barəsindəki məhkəmə qərarı dəyişdi













