Gürcü analitik: Şuşa Forumu Azərbaycanın əməkdaşlıq siyasətinin dünyaya təqdim olunduğu mühüm platformadır
Şuşada keçirilən beynəlxalq forum Azərbaycanın xarici siyasət prioritetlərini və Cənubi Qafqazda sülhə yönəlmiş strateji baxışını beynəlxalq ictimaiyyətə təqdim edən mühüm platforma oldu.
Bunu gürcüstanlı analitik, professor, "Vahid Neytral Gürcüstan" partiyasının regional katibi, siyası şərhçi Levan Nikoleişvili "Far.Az"un Gürcüstan bürosuna açıqlamasında deyib.
Onun sözlərinə görə, forumun əsas məqamlarından biri Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı və ölkənin xarici siyasət kursunun bir daha aydın şəkildə nümayiş etdirilməsi olub.
Analitik bildirib ki, uzun illər regionun əsas problemi olan Qarabağ məsələsinin həllindən sonra Azərbaycanın qarşısında yeni geosiyasi və iqtisadi istiqamətlər formalaşıb və Şuşa Forumunda məhz bu məsələlər geniş müzakirə edilib.
L.Nikoleişvili qeyd edib ki, Azərbaycan qonşu dövlətlərlə münasibətlərin daha da inkişaf etdirilməsini, Cənubi Qafqazda davamlı sülhün möhkəmləndirilməsini və iqtisadi əməkdaşlığın genişləndirilməsini prioritet hesab edir. Onun fikrincə, Azərbaycanın irəli sürdüyü enerji və iqtisadi layihələr yalnız ölkənin deyil, Gürcüstanın, Ermənistanın və bütövlükdə regionun inkişafına xidmət edir.
"Görülən işlər onu göstərir ki, Azərbaycan regionun inkişafını əməkdaşlıq və qarşılıqlı fayda prinsipi üzərində qurmağa çalışır. Şuşa Forumunun əsas əhəmiyyəti həm də ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət Azərbaycanın hansı siyasət yürütdüyünü birbaşa ölkə rəhbərinin çıxışından görmək imkanı əldə edir. Prezident İlham Əliyevin sülhün möhkəmləndirilməsi, qonşularla münasibətlərin inkişafı və yeni iqtisadi layihələrin reallaşdırılması ilə bağlı mesajları region dövlətləri və Cənubi Qafqazda marağı olan bütün ölkələr üçün mühüm siqnaldır", - deyə o vurğulayıb.
Analitik hesab edir ki, Azərbaycanın əsas məqsədi iqtisadi və enerji layihələrinin genişləndirilməsi, bunun vasitəsilə isə dövlətlər arasında etimadın və əməkdaşlığın möhkəmləndirilməsidir ki, bu da bütövlükdə regionda sabitliyə xidmət edir.
Levan Nikoleişvili açıqlamasında Avropa İttifaqının bəzi institutlarının və siyasətçilərinin Cənubi Qafqazla bağlı yanaşmalarını da tənqid edib.
Onun sözlərinə görə, Avropa Parlamenti, Avropa Şurası və bəzi Avropa siyasətçilərinin bəyanatları onların regionda sülhün möhkəmləndirilməsində nə dərəcədə maraqlı olduqları ilə bağlı ciddi suallar yaradır.
"Gürcüstan nümunəsində də bunu görürük. Ölkə Avropa İttifaqına namizəd statusu daşısa da, eyni zamanda müxtəlif sanksiya mexanizmləri ilə üzləşir. Bu isə Gürcüstanın inkişafına mane olur və belə təəssürat yaradır ki, məqsəd ölkəyə dəstək vermək deyil, onu müəyyən təsir dairəsində saxlamaqdır", - analitik bildirib.
O qeyd edib ki, oxşar yanaşmalar Ermənistan istiqamətində də müşahidə olunur və bəzi xarici qüvvələr bu ölkəni müəyyən siyasi kursa yönəltməyə çalışırlar ki, bu da gələcəkdə problemlərə səbəb ola bilər.
Nikoleişvilinin fikrincə, Azərbaycana münasibətdə də zahirdə dostluq nümayiş etdirən, lakin əslində milli maraqları nəzərə almayan siyasət yürüdülür.
"Azərbaycanın geosiyasi mövqeyini, enerji resurslarını və iqtisadi potensialını düzgün qiymətləndirməyənlər ölkəyə öz siyasətlərini qəbul etdirməyə çalışırlar. Lakin Azərbaycanın milli maraqlarına zidd istənilən cəhd uğursuz olacaq", – deyə o vurğulayıb.
Gürcü analitik əlavə edib ki, bu yanaşmalar ya Prezident İlham Əliyevin Azərbaycan və bütövlükdə Cənubi Qafqaz üçün oynadığı rolu anlamamaqdan, ya da Azərbaycan xalqının tarixini, mentalitetini və milli dəyərlərini düzgün qiymətləndirməməkdən irəli gəlir.
"Azərbaycan xalqı heç vaxt öz suverenliyindən güzəştə getməyəcək və heç bir dövlətin diktəsi ilə hərəkət etməyəcək. Xüsusilə də öz iqtisadi imkanlarına və resurslarına malik olan bir ölkə kimi", - Levan Nikoleişvili fikrini tamamlayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
-
"Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub edib
-
"Sabah"ın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan "KuPS" - TANITMA













