"İqlim haqqında" qanun layihəsi üzrə İşçi Qrupun ilk iclası keçirilib
"İqlim haqqında" Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsi məqsədilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilib.
"Far.Az" xəbər verir ki, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən iclasda qanun layihəsinin məqsədi, əsas müddəaları və tətbiq mexanizmləri, iqlim dəyişmələri ilə mübarizə sahəsində hüquqi bazanın təkmilləşdirilməsinin əhəmiyyəti, eləcə də mitiqasiya, adaptasiya mexanizmləri müzakirə olunub.
İclasda iştirakçıların rəy və təklifləri dinlənilib, qanun layihəsinin iqlim dəyişmələrinin təsirlərinin azaldılması, istixana qazı emissiyalarının idarə olunması, uyğunlaşma tədbirlərinin gücləndirilməsi və ölkənin yaşıl inkişaf hədəflərinə töhfəsi vurğulanıb.
Yekunda qanun layihəsinin daha da təkmilləşdirilməsi istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyətin davam etdirilməsi barədə razılıq əldə olunub.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib
-
Quzu əti niyə fərqli qiymətlərə satılır
-
UEFA Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəlib
-
Dağbəyi İsmayılov: "Harada boşluq yaranırsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur"
-
Rəşad Sadıqov: "Torpedo" ilə qarşılaşmaq istəmirdik"
-
İspaniya baş nazirinin həyat yoldaşı barəsindəki məhkəmə qərarı dəyişdi













