Almaniya Silahlı Qüvvələri növbəti il Fransanın nüvə çəkindirməsi üzrə təlimlərində iştirak edəcək
Far.Az xəbər saytı

Almaniya Silahlı Qüvvələri növbəti il Fransanın nüvə çəkindirməsi üzrə təlimlərində iştirak edəcək


Almaniya Silahlı Qüvvələri növbəti il Fransanın nüvə çəkindirməsi üzrə təlimlərində iştirak edəcək.

"Report" Almaniya mediasına istinadən xəbər verir ki, bu barədə kansler Fridrix Merts ölkənin qərbində Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə keçirilən Fransa-Almaniya Nazirlər Şurası görüşünün yekunlarına əsasən bildirib.

"Almaniya və Fransa müdafiə sahəsində əməkdaşlığı dərinləşdirir. Biz Avropa çəkindirməsini gücləndiririk. Bu ildən başlayaraq Fransa Silahlı Qüvvələri ilə nüvə təlimlərində iştirak edəcəyik", – Merts qeyd edib.

Dünən Almaniya və Fransa Hərbi Hava Qüvvələrinin birgə təlimlərini keçirərək nüvə çəkindirməsi sahəsində əməkdaşlıq barədə mart ayında əldə edilmiş razılaşmanı ilk dəfə olaraq praktikada həyata keçiriblər.

Daha əvvəl 8 ölkə - Böyük Britaniya, Almaniya, Polşa, Niderland, Belçika, Yunanıstan, İsveç və Danimarka - Makronun nüvə çəkindirməsi üzrə təşəbbüsünə qoşulub. Norveç ilkin olaraq bu məsələni Parislə müzakirə etməyə hazır olduğunu bildirmişdi.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər