Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib
Far.Az xəbər saytı

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib


Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib.

"Far.Az"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, nazirliyin digər rəsmiləri, Prezidentin Şuşa rayonundakı xüsusi nünmayəndəsi Aydın Kərimov, Yazıçılar Birliyinin nümayəndələri, eləcə də türk dünyasından yazıçı və şairlər iştirak ediblər.

Çıxış edən TÜRKSOY-un baş katibi Sultan Raev Vaqif Poeziya Günlərini mədəniyyət və ədəbiyyat adına ən işıqlı tədbirlərdən biri adlandırıb.

Baş katib builki poeziya günlərinin zəngin proqramına diqqət çəkərək deyib ki, bu həm də türk dövlətləri arasında mədəni əlaqələrin inkişafına xidmət edir.

Xalq şairi Vahid Əziz isə poeziya günlərinin davamlı yüksək təşkilatçılığını xüsusi vurğulayıb. O, Vaqif Poeziya Günlərinin ənənə halını almasını mədəni təbliğat, diqqət və qayğı kimi qiymətləndirib.

Ardınca "Sözün sabahı: Türk dünyanın gənc şairlər festivalı"nın mükafatlandırma mərasimi olub. Qaliblər orden və diplomlarla təltif ediliblər.

Tədbir bədii kompozisiya ilə davam etdirilib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər