Azərbaycanda fəaliyyət göstərən Britaniya şirkətlərinin sayı açıqlanıb
Far.Az xəbər saytı

Azərbaycanda fəaliyyət göstərən Britaniya şirkətlərinin sayı açıqlanıb


Hazırda Azərbaycanda 450-dən çox Britaniya şirkəti fəaliyyət göstərir ki, bunlardan təxminən 50-si “yaşıl enerji” sektorundadır. Bundan əlavə, neft və qaz, infrastruktur, maliyyə xidmətləri, təhsil və pərakəndə ticarət sektorlarında çoxsaylı şirkətlər təmsil olunur.

Bu barədə “Far.Az”a müsahibəsində Böyük Britaniyanın İstanbuldakı Baş konsulu, Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı Kenan Poleo bildirib.

"Bu yaxınlarda mənim komandam Britaniyanın memarlıq və tikinti sahəsindəki təcrübəsini nümayiş etdirmək üçün “Baku Build” sərgisində iştirak etmək məqsədilə Britaniya şirkətlərini Azərbaycana gətirib. Bu tədbir uğurla həyata keçirilib", - o qeyd edib.

Baş konsul vurğulayıb ki, 2024-cü il noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda Britaniya biznesinin təşviqi üçün böyük imkanlar yaradacaq.

K.Poleonun sözlərinə görə, Britaniya Bakıda konfrans çərçivəsində “TheCityUK” (Britaniya maliyyə və əlaqəli peşəkar xidmətlərini təmsil edən sənaye təşkilatı) ilə birlikdə iqlim maliyyələşdirməsi üzrə, həmçinin iqlimə dair bir sıra digər tədbirlər keçirəcək: “Britaniya qeyri-neft sektorunda, xüsusilə bərpa olunan enerji mənbələri, infrastruktur, təhsil və səhiyyə sahələrində Azərbaycan müəssisələri ilə əməkdaşlıq üçün bütün imkanlara malikdir”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
COP29 Azərbaycanı "Qlobal klub"un üzvü kimi yaşıl enerji bazarında gücləndirəcək - RƏY
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Azərbaycan şirkətləri Britaniyada keçiriləcək sərgiyə dəvət olunub
İqtisadi inkişafda davamlı artan rəqabətli iqtisadiyyatın rolu - ANALİZ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər