Azərbaycan Polşa ilə şəhərsalmada yeni əməkdaşlıq imkanlarını müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycan Polşa ilə şəhərsalmada yeni əməkdaşlıq imkanlarını müzakirə edib


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ABŞ-nin Nyu-York şəhərinə səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

"Report" quruma istinadən xəbər verir ki, Polşa nümayəndə heyətinin rəhbəri, İnkişaf Fondları və Regional Siyasət Nazirliyinin dövlət katibi Yan Şişko ilə görüşdə Katovitsedə keçirilmiş BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 11-ci sessiyasının (WUF11) irsi, eləcə də Bakıda təşkil olunmuş WUF13-ün nəticələrinin Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi və qlobal miqyasda dayanıqlı şəhər inkişafına töhfəsi müzakirə edilib.

Tərəflər Azərbaycan və Polşa şəhərləri arasında mövcud olan beş qardaşlaşmış şəhər əlaqəsini yüksək qiymətləndirərək, bu əməkdaşlığın şəhərsalma, dayanıqlı inkişaf və yerli idarəetmə sahələrində təcrübə mübadiləsinin genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını vurğulayıblar.

A.Quliyev bildirib ki, aparılan dialoq şəhərsalma sahəsində Azərbaycan və Polşa arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə, həm ikitərəfli münasibətlər, həm də beynəlxalq platformalar çərçivəsində yeni birgə təşəbbüslərin irəli sürülməsinə təkan verəcək.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər