Cari mövsüm "Qarabağ"ın oyununu idarə etmiş Roman Jitari bu dəfə "Zirə"nin matçına təyinat alıb
Cari mövsüm "Qarabağ"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki ilk oyununu idarə etmiş moldovalı hakim Roman Jitari "Zirə"nin UEFA Konfrans Liqasındakı matçına da təyinat alıb.
"Far.Az"un məlumatına görə, 35 yaşlı FIFA referisi Azərbaycan təmsilçisinin Estoniyada "Payde"yə qarşı keçirəcəyi II təsnifat mərhələsinin ilk qarşılaşmasında əsas söz sahibi olacaq.
Ona həmyerliləri Viktor Mardari və Andrey Bodean köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Andrey Brequta yerinə yetirəcək.
Xatırladaq ki, iyulun 23-də Estoniyadakı Parnu şəhərində keçiriləcək "Payde" - "Zirə" oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Roman Jitari Bakıda "Qarabağ" - "Vestri" oyununu idarə edib. İyulun 9-dakı qarşılaşmada Azərbaycan təmsilçisi üç cavabsız qolla qalib gəlib.
Oxşar xəbərlər
UEFA Avropa Liqası: "Qarabağ" - "Vestri" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
UEFA Avropa Liqası: "Qarabağ" - "Vestri" oyunu başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
-
Belqraddan Moskvaya uçan təyyarə təhlükəsizlik səbəbindən geri qaytarılıb













