İran Küveytin neft və enerji obyektlərinə zərbələr endirir - YENİLƏNİB
Küveytin Silahlı Qüvvələri sübhdən etibarən ölkənin hava məkanında ballistik raketlər və pilotsuz uçuş aparatları qeydə alır.
"Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi polkovnik Səud Əbdüləziz əl-Atvan məlumat verib, onun sözlərini qurumun mətbuat xidməti yayıb.
Onun sözlərinə görə, raketlər zərərsizləşdirilib.
"İranın hücumları hərbi və təhlükəsizlik obyektlərinə, həmçinin neft, enerji və su infrastrukturuna yönəlib. Bir sıra obyektlərdə yanğınlar olub, əhəmiyyətli dərəcədə maddi ziyan dəyib. Yanğınların söndürülməsi və bərpa işləri zamanı yanğınsöndürmə xidmətinin bir neçə əməkdaşı və neft sektorunun işçiləri xəsarət alıb. Onlara lazımi tibbi yardım göstərilir", - əl-Atvan deyib.
Raketlərin zərərsizləşdirilməsi nəticəsində qalıqlar bir neçə yerə, o cümlədən yaşayış rayonlarına düşərək maddi ziyan vurub. Əhali arasında xəsarət alan yoxdur.
Küveytdə İranın zərbələrindən sonra elektrik stansiyasında və duzsuzlaşdırma zavodunda yanğın baş verib
"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə Küveytin Elektrik Enerjisi, Su Təchizatı və Bərpa Olunan Enerji Mənbələri Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zərbələr nəticəsində elektrik stansiyasında bir neçə enerji bloku dayandırılıb.
Hazırda yanğının lokallaşdırılması və təmir-bərpa işlərinin aparılması istiqamətində tədbirlər görülür.
Mümkün zərərçəkənlər barədə məlumat yoxdur.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərini vurub
-
DSX hərbçisi vəfat etdi
-
Azərbaycandakı bankların nağd vəsaitlərinin məbləğinə görə renkinqi (01.07.2026)
-
Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb, ticarət və investisiya təşəbbüsləri barədə danışıb
-
Azərbaycanda rejissor vəfat etdi
-
Almaniya Silahlı Qüvvələri növbəti il Fransanın nüvə çəkindirməsi üzrə təlimlərində iştirak edəcək













