Qazaxıstan mediası Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışından yazır
Far.Az xəbər saytı

Qazaxıstan mediası Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışından yazır


Qazaxıstanın bir sıra media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun açılışındakı çıxışını işıqlandırıb.

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, materiallar xüsusilə Nur.k", Ulysmedia.kz, Kursiv.media və Lada.kz saytlarında dərc edilib.

Qazaxıstan mediası Prezident İlham Əliyevin Azərbaycan ərazisi üzərindən yük tranziti, rəsmi Bakının Avropa Şurası və ABŞ ilə münasibətləri, Azərbaycan-Rusiya münasibətlərinin normallaşması və bir sıra digər məsələlərlə bağlı fikirlərini işıqlandırıb.

Prezident İlham Əliyevin Qazaxıstan, Rusiya və digər ölkələrdən 40 min tondan çox yükün Azərbaycan ərazisindən Ermənistana daşınması ilə bağlı səsləndirdiyi fikir medianın diqqətini xüsusilə cəlb edib. Materialda Azərbaycan dövlət başçısının bir çox ölkələrin yanacaq mənbələrinə çıxışda çətinlik çəkdiyi bir vaxtda Ermənistanın etibarlı təchizatçı kimi Azərbaycana güvəndiyini söylədiyi sitat gətirilib.

Qazaxıstan mediası Prezident İlham Əliyevin Avropa Şurasında Azərbaycana qarşı ayrı-seçkilik münasibəti və ölkənin bu təşkilatdakı üzvlüyünə birdəfəlik xitam verilməsi ehtimalı ilə bağlı fikirlərinə istinad edib. Məqalələrdə, həmçinin Azərbaycan Prezidentinin Avropa Şurasının baş katibinin ondan belə bir addım atmamasını və vəziyyəti yaxşılaşdırmaq üçün yollar tapmasını xahiş etməsi barədə fikrinə də istinad edilib.

Bundan əlavə, məqalələrdə Prezident İlham Əliyevin Azərbaycanla Rusiya arasında münasibətlərin tam normallaşdırılması ilə bağlı fikrinə, iki ölkə arasında aktiv əlaqələrin hökumətlər, hökumətlərarası komissiya, xarici işlər nazirlikləri və prezident administrasiyaları səviyyəsində saxlanıldığı barədəki fikirlərinə diqqət yetirilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
Azərbaycan Prezidentinin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Türkiyə mediasının diqqət mərkəzindədir
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Rusiya mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını işıqlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər