Müctəba Xameneinin ilk xarici təması Putinlə ola bilər
Far.Az xəbər saytı

Müctəba Xameneinin ilk xarici təması Putinlə ola bilər


İranın yeni ali lideri Müctəba Xameneinin vəzifəyə başladıqdan sonra ilk beynəlxalq təmasının Rusiya Prezidenti Vladimir Putinlə baş tutacağı ehtimal edilir.

Far.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu təmas telefon danışığı və ya birbaşa görüş formatında reallaşa bilər.

"Rusiya bizə yaxın ölkədir, Vladimir Putin isə İslam Respublikasının yaxın dostudur. Buna görə də ilk zəngin və ya ilk görüşün məhz Putinlə olması mümkündür", - deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, Müctəba Xameneinin hələlik ictimaiyyət qarşısına çıxmaması ölkədə davam edən təhlükəsizlik vəziyyəti və hərbi amillərlə bağlıdır.

Qeyd edək ki, ABŞ və İsrailin İrana endirdiyi raket zərbələri zamanı Əli Xameneinin həlak olmasından sonra Müctəba Xamenei İranın yeni ali lideri vəzifəsinə gətirilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xəyanətdə ittiham olunan İsmayıl Qaani aylar sonra yenidən ictimaiyyət qarşısına çıxdı
Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər