Serbiya ABŞ ilə enerji infrastrukturu sahəsində anlaşma memorandumu imzalayıb
Serbiya ilə ABŞ arasında enerji infrastrukturu və regional enerji təhlükəsizliyi sahəsində anlaşma memorandumu imzalanıb.
Bu barədə "Far.Az"un Balkan bürosuna Serbiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd olunub ki, XİN rəhbəri Marko Curiç Belqradla Vaşinqton arasında ilk Strateji Dialoq çərçivəsində ABŞ Dövlət katibinin müavini Kristofer Landau ilə görüşüb.
Görüşdən əvvəl Serbiya ilə ABŞ arasında "Fulbrayt" Akademik Mübadilə Proqramı, həmçinin enerji infrastrukturu və regional enerji təhlükəsizliyi sahəsində anlaşma memorandumları imzalanıb.
M. Curiç bildirib ki, Serbiya enerji sahəsində ABŞ ilə əməkdaşlığa böyük önəm verir. O qeyd edib ki, bu mövzu Strateji Dialoqun ilk sessiyasının əsas müzakirə mövzusu olub. Nazir vurğulayıb ki, enerji sektorunda əməkdaşlığın inkişafı iki ölkə arasındakı ümumi münasibətlərin mühüm tərkib hissəsidir.
İqtisadi əməkdaşlıqdan danışan nazir diqqətə çatdırıb ki, Serbiya ABŞ investisiyalarının daha da artırılması və Amerika şirkətlərinin xüsusilə infrastruktur sahəsində fəaliyyətinin genişləndirilməsi üçün əhəmiyyətli potensial görür. O xatırladıb ki, Amerika şirkətləri artıq Serbiyada bir sıra mühüm infrastruktur layihələrinin, o cümlədən ölkənin nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində ən vacib layihələrdən biri olan Morava Dəhlizi layihəsinin həyata keçirilməsində iştirak edir.
M.Curiç həmçinin ABŞ-nin Balkanlarda sabitliyin qorunmasına verdiyi dəstəyin əhəmiyyətini vurğulayıb. O, Serbiyanın bu istiqamətdə öz töhfəsini verməyə hazır olduğunu bildirib.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DSX hərbçisi vəfat etdi
-
Azərbaycandakı bankların nağd vəsaitlərinin məbləğinə görə renkinqi (01.07.2026)
-
İlin ən uğurlu ayı başlayır - Bu 3 BÜRC varlanacaq
-
Asim Xudiyevə UEFA-dan təyinat
-
Küveytdə İran zərbələrindən sonra elektrik stansiyası və duzsuzlaşdırma müəssisəsində yanğın olub
-
"Qarabağ"ın biletləri bu gün satışa çıxarılır













