Vuçiç: Serbiyada insanabənzər robotların istehsalı zavodunun açılışı avqustun 29-da keçiriləcək
Far.Az xəbər saytı

Vuçiç: Serbiyada insanabənzər robotların istehsalı zavodunun açılışı avqustun 29-da keçiriləcək


Serbiya Prezidenti Aleksandar Vuçiç avqustun 29-da Şabats şəhərində insanabənzər robotların istehsalı zavodunun açılışının olacağını bildirib.

"Far.Az"un Balkan bürosunun məlumatına görə, A. Vuçiç bu barədə "Informer"ə açıqlamasında danışıb.

"Səhv etmirəmsə, avqustun 29-da Şabatsda möhtəşəm robot zavodunun açılışını edirik", – o bildirib.

"AGIBOT" şirkəti 2026-cı ilin fevral ayının əvvəlində Belqradda insanabənzər robotlarını təqdim edib.

AGIBOT şirkəti artıq Loznitsa və Şabats şəhərlərində zavodları olan Çin şirkətlər qrupu "Minth Group" ilə əməkdaşlıq edir.

Vuçiçin sözlərinə görə, Serbiya Avropada humanoid robotlara sahib olan ilk ölkə olacaq.

Daha əvvəl açıqlanan məlumata görə, Serbiyada ildə 1 000-2 000 ədəd insanabənzər robot istehsal ediləcək. Həmin robotların çəkisinin 55 kiloqram, hündürlüyünün isə 173 santimetr olacağı bildirilib.

Oxşar xəbərlər

Bakıda Zəfər muzeyinin açılışı olub
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər