Mbappe futbol üzrə dünya çempionatlarında oyun sayına görə Maradonanı keçib
Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatları tarixində keçirdiyi oyunların sayına görə Dieqo Maradonanı (21 oyun) geridə qoyub.
"Report" xəbər verir ki, 27 yaşlı futbolçu DÇ-2026-da İngiltərə yığmasına qarşı üçüncü yer uğrunda keçirilən matça start heyətində başlayıb.
Bununla da o, dünya çempionatlarında keçirdiyi oyunların sayını 22-yə çatdıraraq bu göstəricidə səkkizinci pilləyə yüksəlib.
Mbappeni yalnız Lionel Messi (33 oyun), Kriştianu Ronaldu (27), Lotar Matteus (25), Miroslav Kloze (24), Paolo Maldini, Luka Modriç və Manuel Noyer (hərəyə 23 oyun) qabaqlayırlar.
Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyulun 19-da başa çatacaq. Finalda İspaniya və son dünya çempionu Argentina yığmaları üz-üzə gələcəklər.
Oxşar xəbərlər
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Messi taxtını qoruyacaq, yoxsa Ronaldu arzularına çatacaq? - Tarixi turnirə geri sayım başladı
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Mundiallar tarixinə ekskurs: 1930-cu ildən başlayan möhtəşəm futbol bayramları - ARAŞDIRMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DSX hərbçisi vəfat etdi
-
Azərbaycandakı bankların nağd vəsaitlərinin məbləğinə görə renkinqi (01.07.2026)
-
İlin ən uğurlu ayı başlayır - Bu 3 BÜRC varlanacaq
-
Asim Xudiyevə UEFA-dan təyinat
-
Küveytdə İran zərbələrindən sonra elektrik stansiyası və duzsuzlaşdırma müəssisəsində yanğın olub
-
"Qarabağ"ın biletləri bu gün satışa çıxarılır













