Qusarda "Media Kuboku-2026" minifutbol turnirinin qalibi müəyyənləşib
Azərbaycan Milli Mətbuat günü ərəfəsində Qusarda jurnalistlər arasında təşkil olunan minifutbol turnirinə yekun vurulub.
"Far.Az" xəbər verir ki, Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığl ilə Qusar Olimpiya İdman Kompleksində təşkil olunan yarışın mükafatçıları müəyyənləşib.
AFFA hakimləri tərəfindən idarə olunan turnirin 3-cü yer uğrunda oyununda informasiya agentliklərinin jurnalistlərindən ibarət "Ziya" komandası televiziya işçilərindən formalaşan "Həyat" komandası ilə qarşılaşıb. Oyun "Həyat"ın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Turnirin final oyununda isə ictimai-siyasi xəbər saytlarının işçilərindən formalaşan "Əkinçi" komandası idman saytlarının nümayəndələrinin olduğu "Tərəqqi" kollektivi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Tərəqqi" 2:0 hesabı ilə qalib gələrək kuboku başları üzərinə qaldırıb.
Mükafatlandırma mərasimində ilk 3 yerin sahibləri - "Tərəqqi", "Əkinçi" və "Həyat" müvafiq olaraq, qızıl, gümüş və bürünc medallarla, bütün iştirakçılar isə fəxri fərmanlarla təltif ediliblər. Mükafatları Quba Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə sektor müdiri Emil Əmirmətov, Qusar Olimpiya İdman Kompleksinin direktoru Anar Məmmədov, Yurd.Media-nın baş redaktoru Murad Əliyev və İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov və verib.
Turnirin ən yaxşı qapıçısı mükafatı ilk oyunda zədələnən "Ziya" komandasının qapıçısı Samir Güləliyevə təqdim olunub, yarışın ən yaxşı oyunçusu üçün mükafat isə qalib komandanın kapitanı Murad Şirinova verilib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
Nərimanov rayonunun bir hissəsində bu gün qaz olmayacaq
-
Suriya İordaniya HHQ-nin zərbələri nəticəsində beş nəfərin öldüyünü bildirib













