TRIPP sülh sazişindən öncə işə düşəcək?
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sülh sazişi imzalanmadan TRIPP-in (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) fəaliyyətə başlaya biləcəyini istisna etməyib. O, layihənin sülh prosesinə töhfə verə biləcəyini də bildirib.
Bəs bu addım regiondakı siyasi proseslərə və geosiyasi güclər balansına necə təsir göstərə bilər? Ermənistanın bu yanaşması İrəvanın sülh prosesindəki prioritetlərinin dəyişdiyini göstərirmi?
Milli Məclisin deputatı Elçin Mirzəbəyli Baku TV-yə məsələ ilə bağlı açıqlama verib.
Deputat bildirib ki, Ermənistan rəhbərliyinin bəyanatları ziddiyyətlidir. Onun sözlərinə görə, oktyabrın 21-də İrəvan dəmir yolu xəttinin çəkilişinin 18 ay, avtomobil yolunun tikintisinin isə 2027-ci ilin əvvəlinədək davam edəcəyini bildirmişdi. Bu baxımdan TRIPP marşrutunun hazırkı şəraitdə yenidən gündəmə gətirilməsi real amillərdən daha çox siyasi mülahizələr və müəyyən gözləntilərlə bağlı ola bilər.
Elçin Mirzəbəylinin sözlərinə görə, hüquqi baxımdan sülh müqaviləsi imzalanmadan da marşrutun fəaliyyətə başlaması mümkündür.
"TRIPP-in tikintisi Ermənistanın daxili prosesidir və ABŞ ilə imzalanmış müqavilə əsasında həyata keçirilir. Lakin Azərbaycanı və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanı birləşdirən nəqliyyat bağlantısı olmadan bu layihə beynəlxalq əhəmiyyət daşımayan daxili yoldan ibarət olacaq.
Əgər söhbət marşrutun yalnız Ermənistan ərazisində hazır olmasından gedirsə, bəli, bu mümkündür və nəqliyyat vasitələri ölkə daxilində həmin yolla hərəkət edə bilər", - deyə deputat bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
-
Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib
-
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!













