Dövlət qurumlarına kütləvi kiberhücumların qarşısı alındı
Virus, casus proqram və digər zərərli fəaliyyət əlamətləri daşıyan 4 milyondan artıq şəbəkə trafiki dayandırılıb.
Far.Az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) 2026-cı ilin ilk 6 ayının yekunlarına dair hesabatında qeyd olunub.
Məlumatda bildirilir ki, "AzStateNet" şəbəkəsində tətbiq olunan yeni nəsil təhlükəsizlik sistemləri vasitəsilə URL əsaslı 8,5 milyona yaxın təhlükəli keçid bloklanıb.
Bundan başqa, son istifadəçilərin qorunması məqsədilə ümumilikdə 2,5 milyona yaxın kibertəhdid zərərsizləşdirilib ki, bunun da 700 mindən çoxu mərkəzləşdirilmiş antivirus sistemi ilə ləğv edilib. Həmçinin "Sandbox" mühafizə sistemi tərəfindən 64 mindən artıq zərərverici tərkibli fayl aşkarlanaraq zərərsizləşdirilib.
Hesabat dövründə dövlət elektron poçt xidmətində 8 milyondan artıq e-məktub emal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur. Emal edilən e-poçtların 5,7 milyonu istifadəçilərə təhlükəsiz şəkildə çatdırılıb, 2,6 milyondan çoxu isə zərərli tərkibli olduğu üçün bloklanıb.//Modern.az
Oxşar xəbərlər
Dövlət qurumlarına göndərilən beş milyondan artıq zərərli elektron məktub bloklanıb
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov: "Fərqli rəqibə qarşı çıxış edəcəyik"
-
Konfrans Liqası: "Neftçi" və "Dinamo"nun start heyətləri açıqlandı
-
"Dream Fest" ziyarətçiləri üçün xüsusi ödənişsiz avtobuslar ayrılıb
-
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
-
Sürücü skuterə görə ana ilə uşağını avtobusdan düşürdü - Tədbir görüləcək
-
Güclü fırtına İstanbul hava limanlarının fəaliyyətini pozub













