BMT Astaranın kəndini MÜKAFATLANDIRDI
Astara rayonunun Siyov kəndi dayanıqlı və inklüziv kənd inkişafının təşviqi, yerli irsin, ənənələrin və biomüxtəlifliyin qorunmasına sadiqliyinə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Kəndlərin Tanınması Təşəbbüsü çərçivəsində təltif edilib.
Bu barədə BAKU.WS-ə FAO Azərbaycanın Mətbuat Xidmətindən məlumat verilib.
Lənkəran-Astara bölgəsinə səfəri çərçivəsində FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat kənd nümayəndələri ilə görüşərək təqdir sertifikatını təqdim edib. O qeyd edib ki, bu təltif dayanıqlı kənd inkişafı, yerli irsin və biomüxtəlifliyin qorunması istiqamətində kənd icmasının göstərdiyi səylərin beynəlxalq səviyyədə qiymətləndirilməsinin göstəricisidir.
FAO nümayəndəsi, həmçinin Hirkan Milli Parkına baş çəkərək parkın rəhbərliyi və əməkdaşları ilə görüşüb, Qlobal Ətraf Mühit Fondunun (GEF) maliyyələşdirdiyi, FAO Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi "Biomüxtəlifliyin mühafizəsi və dayanıqlı istifadəsi" layihəsi üzrə görülən işlərlə tanış olub. Səfər çərçivəsində layihənin həyata keçirildiyi bir sıra məkanlara, o cümlədən yeni inzibati binanın tikintisi üçün ayrılmış əraziyə və hasarlanması nəzərdə tutulan sahəyə baxış keçirilib, Daştatük kəndində icma üçün çəkilən suvarma su xətti üzrə davam edən tikinti işləri yerində qiymətləndirilib və yerli sakinlərlə görüş keçirilib.
FAO-nun Ərzaq və Kənd Təsərrüfatı Muzeyi və Şəbəkəsi (MuNe) çərçivəsində təşkilatın 80 illik yubileyi münasibətilə həyata keçirilən Kəndlərin Tanınması Təşəbbüsü dayanıqlı aqro-qida sistemlərinin inkişafına, biomüxtəlifliyin qorunmasına, qida ənənələrinin və yerli biliklərin qorunub-saxlanılmasına, eləcə də inklüziv kənd inkişafına töhfə verən kənd icmalarının fəaliyyətini beynəlxalq səviyyədə tanıdır və onların təcrübəsinin qlobal miqyasda paylaşılmasını təşviq edir.
İndiyədək dünyanın bütün regionlarını təmsil edən 69 ölkədən 300-dən çox kənd təşəbbüsə təqdim olunub. Təşəbbüs kəndlərin bir-biri ilə müqayisə edilməsindən daha çox, onların nailiyyətlərinin beynəlxalq səviyyədə tanınmasına və qabaqcıl təcrübələrinin paylaşılmasına xidmət edir. Təltif olunan kəndlər FAO-nun baş direktoru tərəfindən təsdiqlənmiş rəqəmsal təqdir sertifikatı əldə edir, "FAO MuNe" şəbəkəsinə qoşulur və bu şəbəkənin rəqəmsal platforması vasitəsilə qlobal miqyasda tanıdılır.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov: "Fərqli rəqibə qarşı çıxış edəcəyik"
-
Konfrans Liqası: "Neftçi" və "Dinamo"nun start heyətləri açıqlandı
-
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
-
"Dream Fest" ziyarətçiləri üçün xüsusi ödənişsiz avtobuslar ayrılıb
-
Sürücü skuterə görə ana ilə uşağını avtobusdan düşürdü - Tədbir görüləcək
-
Güclü fırtına İstanbul hava limanlarının fəaliyyətini pozub













