Cəlilabadda park tikintisi zamanı qədim əşyalar tapılıb
Far.Az xəbər saytı

Cəlilabadda park tikintisi zamanı qədim əşyalar tapılıb


Cəlilabad rayonunda park tikintisi zamanı qədim əşyalar aşşkar olunub.

Far.Az report-a istinadən xəbər verir ki, əşyalar rayonun Nar bağı adlanan ərazisində salınan parkın tikintisi zamanı aşkar edilib.

Həmin ərazidə aparılan qazıntılar zamanı qədim dövrə aid təsərrüfat küpləri və digər maddi-mədəniyyət nümunələri üzə çıxıb.

Tarixi tapıntılarla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, dosent Vəfa Mahmudova əraziyə ezam olunub və burada tədqiqat işlərinə başlayıb.

Onun sözlərinə görə, tapıntıların yaşı barədə aparılan analizlərdən sonra dəqiq fikir söyləmək mümkün olacaq.

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Bakıda salınan yeni parkın açılışında iştirak edib
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında iştirak edib
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər