Bu gün Anar Məmmədxanovun doğum günüdür
Bu gün "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun (ŞHK) keçmiş kapitanı, Milli Məclisin birinci, ikinci və üçüncü çağırışının deputatı, Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Anar Məmmədxanovun doğum günüdür.
BAKU.WS xatırladır ki, Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakıda anadan olub.
160 saylı orta məktəbini bitirən Anar 1987-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub.
1988-ci ildə məşhur "Bakılı oğlanlar" komandasını yaradıb, 1991-ci ildə Bakı ŞHK-nın prezidenti olub.
Anar Məmmədxanov o dövrdə Azərbaycanın ən gənc deputatı olub. O, üç dəfə - 1995-ci ildə 19 saylı I Suraxanı dairəsindən, 2000 və 2005-ci illərdə müstəqil namizəd kimi Milli Məclisə deputat seçilib.
1992-ci ildə ŞHK Ali Liqasının çempionu, 1993-cü il ŞHK Ali Liqasının finalçısı, ŞHK Yay Kubokunun sahibi (1995), XX əsrin on ən yaxşı komandası turnirinin çempionu (2000) olub.
Anar Məmmədxanov 2011-ci il aprelin 23-də ürək çatışmazlığı nəticəsində həyatını itirib.
Onun bir oğlu və iki qızı qalıb.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
"Bakılı oğlanlar"ın əfsanəvi kapitanı Anar Məmmədxanovun doğum günüdür
Ürəyi onları yarıyolda qoydu... "Bakılı oğlanlar"ın eyni səbəbdən vəfat edən üzvləri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
-
Moti Yeger: "Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan və İsrail arasında güclü tərəfdaşlığın sübutudur"
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib
-
Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat etdi
-
Pərvin Piriyev: "Hər kəs U-17 dünya çempionatı üçün Azərbaycana gəlmək istəyir"
-
ABŞ ordusu İrana aviazərbələr endirib













