Batumi Neft Terminalı Orta Dəhlizlə aviasiya kerosini daşınmasını bərpa edib
Far.Az xəbər saytı

Batumi Neft Terminalı Orta Dəhlizlə aviasiya kerosini daşınmasını bərpa edib


Gürcüstandakı Batumi Neft Terminalı səkkiz illik fasilədən sonra aviasiya kerosininin daşınmasını bərpa edib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə terminalın yaydığı məlumatda bildirilib.

Məlumata görə, "KazTransOil" ASC-yə məxsus Batumi Neft Terminalı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə Avropadan Qazaxıstana JET A1 markalı aviasiya yanacağının daşınması üçün əsas logistika mərkəzlərindən birinə çevrilib.

Qeyd olunub ki, 10 min ton həcmində ilk JET A1 reaktiv yanacağı partiyası Qara dəniz vasitəsilə Batumi Neft Terminalına çatdırılıb. Hazırda yük Qazaxıstana göndərilməsi üçün dəmir yolu sisternlərinin yüklənməsini gözləyir.

Terminaldan bildirilib ki, aviasiya kerosininin daşınmasının bərpası Batumi Neft Terminalının logistika imkanlarını genişləndirir, Orta Dəhliz boyunca yükdaşımaların inkişafına töhfə verir və beynəlxalq təchizat zəncirlərinin dayanıqlığını gücləndirir.

Batumi Neft Terminalı xam neft, mazut, dizel yanacağı, avtomobil benzini, müxtəlif növ kerosin, mayeləşdirilmiş karbohidrogen qazları və digər maye neft məhsullarının daşınmasını da həyata keçirir.

Bu ilin I yarısında Batumi Neft Terminalı vasitəsilə daşınan maye neft yüklərinin həcmi təxminən 725 min ton təşkil edib.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər